13:39 29-05-2021
news_image
123
FUTBOL

“İnter” futbolçusunu satdı – 8 milyona

“İnter” yarımmüdafiəçisi Joao Marionu satıb.

Apasport.az saytının məlumatına görə, Portuqaliya millisinin üzvü ötən mövsümü icarə əsasında çıxış etdiyi “Sportinq”ə birdəfəlik keçib.

Bu transfer İtaliya çempionuna 8 milyon avro qazandırıb. Orta sahə oyunçusu ötən mövsüm “Sportinq”in heyətində 34 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə verib. 28 yaşlı futbolçu məhz Lissabon təmsilçisinin yetirməsidir.

Qeyd edək ki, “İnter” Joao Marionu 2016-cı ildə 40 milyon avro qarşılığında məhz “Sportinq”dən alıb.