13:52 29-05-2021
news_image
272
FUTBOL

Milli üzvü ilə yollarını ayırdı – “Keşlə”

Azərbaycan kubokunun qalibi “Keşlə” heyətində təmizləmə işlərini davam etdirir.

Apasport.az saytının əldə etdiyi məlumata görə, paytaxt klubu daha bir futbolçu ilə yollarını ayırıb.

Qış fasiləsində “Sabah”dan ayrılaraq qəsəbə təmsilçisi ilə müqavilə imzalayan Yevgeni Koçuk növbəti mövsümdən baş məşqçi Sənan Qurbanovun sərəncamında olmayacaq. Yeni sözləşmə imzalanmayan Moldova millisinin üzvü klubla vidalaşıb.

Qeyd edək ki, bu, “Keşlə”nin yay fasiləsində 5-ci ayrılığı olub. Bakılılar Con Kamara, Sadio Tounkara, Silvio Rodriges və Vüsal İsgəndərlini də yola salıb.