17:00 29-05-2021
news_image
766
FUTBOL

Qərar verildi – “Neftçi”yə qayıtmır

“Neftçi”nin futbolçusu Rəhman Hacıyevin durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi yay fasiləsindən sonra müqavilə ilə məxsus olduğu “ağ-qaralar”a qayıtmayacaq.

Ötən mövsümü icarə əsasında “Keşlə”də keçirən hücumameyilli oyunçu qəsəbə təmsilçisindəki çıxışını davam etdirəcək. Çünki “Neftçi” ilə “Keşlə” klubları arasında onun daha bir illik icarəyə verilməsi barədə razılıq əldə olunub. Futbolçunun flaqmanla müqavilə müddəti məhz gələn yaya qədərdir.

Qeyd edək ki, Rəhman Hacıyev “Keşlə” ilə Azərbaycan kubokunu qazandığı 2020/21 mövsümündə Premyer Liqada 22 oyunda iştirak edib, 4 qola imza atıb.