14:28 29-05-2021
news_image
120
FUTBOL

Danışıqlar bərpa olundu – Dibala kapitanlığı istəyir

“Yuventus” hücumçusu Paulo Dibala ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, komandada baş məşqçi dəyişikliyi argentinalı futbolçunu ayrılmaq istəməsi ilə bağlı fikrini dəyişib.

Dibala yeni sözləşmə ilə komandanın kapitanı olmaq arzusundadır. Rəhbərlik bir müddət onunla danışığı dondursa da, artıq görüşlər bərpa olunub. 27 yaşlı ulduz futbolçunun tezliklə anlaşmasını yeniləməsi gözlənilir. Onun hazırkı müqavilə müddəti gələn ilin yayına qədərdir.

Qeyd edək ki, Paulo Dibala ötən mövsüm 26 oyunda 5 qol, 3 assistlə yadda qalıb.