16:39 29-05-2021
news_image
87
FUTBOL

AVRO-2020-ni buraxa bilər – sabiq “Liverpul”lu

Xorvatiya millisi ciddi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, komandanın aparıcı futbolçularından Deyan Lovren zədələnib.

Mərkəz müdafiəçisinin köhnə zədəsini təzələdiyi bildirilir. 32 yaşlı oyunçu bu üzdən məşqlərə qatılmır. 3-6 həftə aralığından məşqlərdən uzaq qalacağı bildirilən Lovrenin AVRO-2020-ni buraxması gözlənilir.

Qeyd edək ki, 2014-2020-ci illərdə “Liverpul”un formasını geyinən Deyan Lovren ötən ildən “Zenit”də çıxış edir.