16:05 29-05-2021
news_image
99
FUTBOL

Mayın futbolçusu və baş məşqçisi seçildi – Premyer Liqada

İngiltərə Premyer Liqasında mayın ən yaxşı futbolçusu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, “Nyukasl”ın yarımmüdafiəçisi Co Uillok bu mükafata layiq görülüb.

Müqavilə ilə “Arsenal”a məxsus olan və “sağsağanlar”da icarə əsasında çıxış edən Uillok mayda keçirdiyi 4 oyunda 4 qol vurub. O, bu ada yiyələnmək üçün Alisson Beker, Sadio Mane, Kristian Benteke, Qaret Beyl, Nikolas Pepe, Aaron Ramsdeyl və Rodriqonu qabaqlayıb.

Mayın baş məşqçisi isə "Liverpul"un çalışdırıcısı Yurgen Klopp seçilib.

Qeyd edək ki, “Arsenal” 22 yaşlı oyunçusunu qaytarmaq qərarına gəlib.