17:28 29-05-2021
news_image
85
FUTBOL

Çempionlar Liqası tarixinin ən yaxşı finalları – “Top-10”

Çempionlar Liqası (ÇL) tarixinin ən yaxşı 10 final matçı araşdırılıb.

Apasport.az saytının məlumatına görə, turnir məhz bu ad altında keçirildiyi dönəmdən bəri olan finallar nəzərə alınıb.

ÇL tarixinin ən yaxşı finalı 2005-ci ildə İstanbulda baş tutan “Liverpul” – “Milan” görüşü hesab olunub. Dramatik alınan görüşdə ingilislər möhtəşəm geridönüş edərək, penaltilər seriyasında qalib gəliblər.

“Top-10”a salınan qarşılaşmalardan ümumilikdə ikisində qalib penaltilər seriyası ilə müəyyənləşib.

ÇL tarixinin ən yaxşı finalları:
1. “Liverpul” – “Milan” - 3:3 (penaltilərlə - 3:2. 2005-ci il)
2. “Mançester Yunayted” – “Bavariya” – 2:1 (1999)
3. “Real” – “Atletiko” – 4:1 (2014)
4. “Milan” – “Barselona” – 4:0 (1994)
5. “Barselona” – “Mançester Yunayted” – 3:1 (2011)
6. “Çelsi” – “Bavariya” – 1:1 (penaltilərlə - 4:3. 2012)
7. “Real” – “Bayer” – 2:1 (2002)
8. “Barselona” – “Arsenal” – 2:1 (2006)
9. “Marsel” – “Milan” – 1:0 (1993)
10. “Real” – “Liverpul” – 3:1 (2018)