21:36 29-05-2021
news_image

İki final, iki məğlubiyyət – Avropa çempionatında

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-15 Avropa çempionatında yunan-Roma güləşçilərinin mübarizəsinə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, qitə birinciliyində idmançılarımızdan ikisi fəxri kürsüyə qalxıb. Turan Daşdəmirov (38 kq) və Rinat Nuriyev (62 kq) Avropa çempionatını gümüş medalla başa vurub.

Qeyd edək ki, məsul yarışda beynəlxalq dərəcəli hakim Bəşir İsazadə ədaləti qoruyub.