22:03 29-05-2021
news_image
374
FUTBOL

“Qarabağ”da büdcə artırıldı – Qurbanov istəsə 4,5 milyon

“Qarabağ”ın transfer büdcəsi artırılıb.

Apasport.az “sportinfo”ya istinadən məlumat verir ki, Ağdam klubu bu yay yeni futbolçuların alınmasına ötən ilin müvafiq dövrü ilə müqayisədə daha çox pul xərcləyə biləcək.

Rəqəmdən danışırıqsa, ayrılan vəsait 4 milyon manatdır. Əgər baş məşqçi Qurban Qurbanov istəyərsə, məbləğ daha 500 min artırılacaq.

Ölkəmizi Konfrans Liqasında təmsil edəcək “Qarabağ”da 5-6 transfer gözlənilir. Qurbanov maraq dairəsində olan əcnəbi futbolçuların adını klub rəhbərliyinə təqdim edib.