23:27 29-05-2021
news_image
252
FUTBOL

“Çelsi” tarixinin ən “qocası” – ÇL finalında

Çempionlar Liqasında (ÇL) “Mançester Siti” ilə final oyunu “Çelsi”nin müdafiəçisi Tiaqo Silva üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, braziliyalı futbolçu ardıcıl ikinci ildə turnirin finalında iştirak hüququ əldə edib.

Maraqlısı budur ki, Silva iki fərqli klubda buna nail olub. Veteran müdafiəçi bunu reallaşdıran 5-ci futbolçu olub. Ona qədər yalnız 4 oyunçu – Marsel Desayi (“Marsel”, “Milan”), Paulo Souza (“Yuventus”, “Borussiya” Dortmund), Samuel Eto (“Barselona”, “İnter” və Alvaro Morata (“Real”, “Yuventus”) ardıcıl iki mövsüm fərqli klubların heyətində ÇL-in finalında oynayıb.

Silva eyni zamanda 36 yaş 249 günündə meydana çıxmaqla “Çelsi”nin bu turnirin finalında çıxış edən ən yaşlı oyunçusu olub. Ona qədər rekord Klod Makeleleyə (35 yaş 93 gün) məxsus olub.