23:33 29-05-2021
news_image
202
FUTBOL

Unikal göstərici – kapitandan

“Çelsi”nin müdafiəçisi Sezar Aspilikueta Çempionlar Liqasının finalında “Mançester Siti” ilə matçda unikal göstərici ilə yadda qalıb.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu bunu meydana kapitan sarğısında çıxmaqla həyata keçirib.

32 yaşlı Aspilikueta başqa ölkə təmsilçisini kapitan sarğısında ÇL-in final görüşünə çıxaran ilk ispaniyalı futbolçu kimi tarixə düşüb. İspaniya millisinin üzvü 2012-ci ildən “zadəganlar”ın şərəfini qoruyur.

Qeyd edək ki, Sezar Aspilikueta AVRO-2020 üçün İspaniya millisinə də çağırılıb.