23:45 29-05-2021
news_image
215
FUTBOL

Tarixin ilk afrikalısı – Çempionlar Liqasında

“Çelsi”nin qapıçısı Eduard Mendi Çempionlar Liqasının (ÇL) “Mançester Siti” ilə final görüşündə tarixə düşüb.

Apasport.az saytının məlumatına görə, 29 yaşlı qolkiper ÇL-in final matçında meydana çıxan ilk afrikalı qapıçı olub.

Seneqal millisinin üzvünə qədər turnir Çempionlar Liqası adlanan vaxtdan heç bir afrikalı qolkiper buna nail ola bilməyib. Yalnız yarışın adı Çempionlar Kuboku olduğu zaman – 1985-ci ildə “Liverpul”un zimbabveli qapıçısı Bryus Qrobbelar “Yuventus”a 0:1 hesabı ilə məğlub olduqları qarşılaşmada çərçivəni qoruyub.

Qeyd edək ki, Eduard Mendi “Çelsi”yə ötən il “Renn”dən keçib.