01:21 30-05-2021
news_image
297
FUTBOL

19-cu titul – Abramoviçlə

Çempionlar Liqasının finalında “Mançester Siti” üzərində 1:0 hesablı qələbə qazanan “Çelsi” turnirin qalibi olub.

Apasport.az saytının məlumatına görə, Roman Abramoviçin gəlişindən sonra London klubunun qazandığı kubok sayı 19-a yüksəlib.

Rusiyalı biznesmen 2003-cü ildə klubun səhmlərini aldıqdan sonra “zadəganlar” 2 dəfə Çempionlar Liqasının, 5 dəfə Premyer Liqanın, 5 dəfə ölkə kubokunun, 3 dəfə İngiltərə Liqa Kubokunun, 2 dəfə İngiltərə Superkubokunun, 2 dəfə də Avropa Liqasının kubokunu başı üzərinə qaldırıb.

“Çelsi” ÇL-i qazanmaqla UEFA Superkubokunda “Vilyarreal”la oynamaq hüququna yiyələnib. Bu isə o deməkdir ki, Abramoviç tezliklə 20-ci tituluna qovuşa bilər.