09:13 31-05-2021
news_image
860
FUTBOL

“Neftçi”yə 15 rəqib – “Linkoln”dan Zaqreb “Dinamo”suna qədər

Çempionlar Liqasının ilkin və I təsnifat mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Avropanın aşağı reytinqli 35 ölkəsinin çempionu bəllidir.

Onlardan dördü ilkin raundda qüvvəsini sınayacaq. Digər 31 klub mübarizəyə I təsnifat mərhələsindən başlayacaq.

Bu komandaların püşkatma zamanı yer alacağı səbət də məlumdur. Azərbaycan çempionu “Neftçi” reytinqinin aşağı olması səbəbindən səpələnməmişlərdəndir.

Bakı klubu I təsnifat mərhələsində səpələnən 16 klubdan 15-i ilə görüşə bilər. Ermənistan çempionu “Alaşkert”lə qarşılaşma isə UEFA-nın məlum qaydalarına əsasən mümkün deyil.

Təmsilçimizin 15 mümkün rəqibi sırasında Zaqreb “Dinamo”su və “Lüdoqorets” kimi arzuolunmaz, “Flora”, “Buduçnost”, “Jalgiris”, “Linkoln” kimi nisbətən asan keçiləsi komandalar da var.

Qeyd edək ki, ilk 2 təsnifat mərhələsinin püşkü iyunun 15-16-da atılacaq.

Çempionlar Liqası
İlkin mərhələ
Səpələnmiş

“HB Torshavn” (Farer adaları)
“Priştina” (Kosovo)
Səpələnməmiş
“İnter” (Andorra)
“Folqor” (San-Marino)

I təsnifat mərhələsi
Səpələnmişlər

“Dinamo” (Xorvatiya)
“Lüdoqorets”  (Bolqarıstan)
“Malmö” (İsveç)
ÇFR (Rumıniya)
“Legiya” (Polşa)
“Şerif” (Moldova)
“Ferensvaroş” (Macarıstan)
“Şkendiya” (Şimali Makedoniya)
“Slovan” (Slovakiya)
“Dinamo” (Tbilisi, Gürcüstan)
“Jalgiris” (Vilnüs, Litva)
“Alaşkert” (Ermənistan)
“Flora” (Estoniya)
“Buduçnost” (Monteneqro)
“Kayrat” (Qazaxıstan)
“Linkoln” (Cəbəllütariq)

Səpələnməmişlər
“Riqa” (Latviya)
HİK (Finlandiya)
“Linfild” (Şimali İrlandiya)
“Fola” (Lüksemburq)
“Şaxtyor” (Belarus)
“Neftçi” (Azərbaycan)
“Makkabi” (Hayfa, İsrail)
“Şemrok Rovers” (İrlandiya)
“Konnah” (Uels)
“Valyur” (İslandiya)
“Bodo Qlimt” (Norveç)
“Mura” (Sloveniya)
“Borats” (Bosniya və Herseqovina) 
“Teuta” (Albaniya)
“Hamrun” (Malta)
İlkin mərhələnin qalibi