09:45 31-05-2021
news_image
138
FUTBOL

Hakim meydanda öldü – 19 yaşında

İspaniyalı futbol hakimi Fernando Alkaras Bernal 19 yaşında vəfat edib.

Apasport.az saytının məlumatına görə, bunu Mursiya Regionu Futbol Federasiyası açıqlayıb.

Referi oyunqabağı isinmə hərəkətləri zamanı ölüb. Bernal huşunu itirərək meydana yıxılıb. 

Ona ilkin yardım göstərilib. Lakin hakimin həyatını xilas etmək mümkün olmayıb.