10:05 31-05-2021
news_image
60
FUTBOL

“Azərbaycanla matçda elə ciddi səhvlər etdik ki...” – Şenol Günəş

“Qrupdakı rəqiblərin qısa təhlilini etmişik. Amma Almaniya toplanışı zamanı İtaliyanı, Azərbaycanda isə Uelslə İsveçrəni izləyəcəyik”. 

Apasport.az saytının məlumatına görə, bunu Türkiyə millisinin baş məşqçisi Şenol Günəş deyib.

Azərbaycan millisinə qarşı keçirilən yoldaşlıq görüşündə (2:1) kobud səhvlərə yol verdiklərini bildirən təcrübəli mütəxəssis AVRO-2020 ilə bağlı hədəflərindən də söz açıb: “Məşqlərdə hər kəs əla təsir bağışlayır. Amma Azərbaycanla yoldaşlıq görüşündə elə ciddi səhvlər etdik ki... Təəssüf ki, qol vurmaqla yanaşı, qol da buraxırıq. Düşərgədə əhval-ruhiyyə yaxşıdır. Futbolçular hələ də tətil ab-havasında idilər. Məşqdə olduqlarını yeni hiss edirlər. Bizim hədəfimiz Londonda final oynamaqdır. Bu yolda ilk olaraq İtaliya sınağından üzüağ çıxmaq istəyirik”.

Qeyd edək ki, Türkiyə millisi AVRO-2020-də ilk oyununu iyunun 11-də Romada İtaliyaya qarşı keçirəcək. “Ay-ulduzlular” iyunun 16-da Uels, 20-də isə İsveçrə ilə Bakıda üz-üzə gələcək.