11:19 31-05-2021
news_image
50
FUTBOL

“Formula-1”dən “Yuventus”a – yeni direktor

İtaliyanın “Yuventus” klubunda rəhbər vəzifələrə təyin ediləcək şəxslər bəlli olub.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi baş direktoru postuna Maurisio Arrivabeneni gətirəcək.

“Formula-1”də “Ferrari”nin rəhbəri olan funksioner 2014-19-cu illərdə komandanın direktoru olub. O, 2012-ci ildən “Yuventus”dan direktorlar şurasının üzvüdür.

Federiko Çerubini isə idman direktoru təyin ediləcək. Əvvəllər də klubda çalışan mütəxəssis Fabio Paratiçinin istefasından sonra boş qalan postu tutacaq.