11:51 31-05-2021
news_image
90
FUTBOL

Ukraynalı yarımmüdafiəçi ilə vidalaşdı – “Sabah”

“Sabah”da daha bir futbolçu ilə bağlı qərar verilib.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, yarımmüdafiəçi Dmitro Klotsla yollar ayrılıb.

Bu ilin fevralında paytaxt təmsilçisinə qoşulan ukraynalı oyunçunun müqavilə müddəti başa çatıb. Məşqçilər korpusu Klotsla yeni sözləşmə imzalamağa ehtiyac duymayıb. 25 yaşlı futbolçu geridə qalan mövsüm 6 oyunda iştirak edib.

Qeyd edək ki, buna qədər Təmkin Xəlilzadə, Məhəmməd Mirzəbəyov, Amadu Diallo, Alvaro Vilyete və Kevin Kubemba ilə vidalaşan “Sabah” hələlik yalnız “Zirə”dən Elvin Camalovu heyətinə qatıb.