13:07 31-05-2021
news_image
177
FUTBOL

Heç kim “Real”a getmək istəmir – iki imtina

İspaniyanın “Real” klubunun baş məşqçi postuna gətirmək istədiyi mütəxəssislərdən ikisi bu təklifdən imtina edib.

Apasport.az saytının məlumatına görə, bunlar Raul və Antonio Kontedir.

Onlar istefaya göndərilən Zinəddin Zidanı əvəzləmək istəməyib. İki namizədin imtinasından sonra Madrid təmsilçisi Belçika yığmasının baş məşqçisi Roberto Martinesə göz dikib.

Qeyd edək ki, Raul “Real”ın ikinci komandası olan “Kastiliya”nı çalışdırır, Konte isə bir müddət öncə “İnterdən ayrılıb.