13:53 31-05-2021
news_image
429
TOP OYUNLARI

Kölgəsi qalıb – Avropa Liqasında fiasko

Qadın voleybolçulardan ibarət Azərbaycan yığması fiasko ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, Qızıl Avropa Liqasında çıxış edən millimiz turnirin I dövrəsini xalsız bitirib.

Baş məşqçi problemini hələ də kökündən həll edə bilmədiyindən turnirə Vüqar Əliyevlə yollanan və veteranların yığmadan getməkdə olması səbəbindən əsasən gənclərə güvənən komanda məğlubiyyətləri sıralamaqdadır. Milli Rumıniyada meydan sahibləri, İspaniya və Fransaya qarşı keçirdiyi görüşlərdə cəmi 1 setdə qalib gəlib.

Bu, komandanın Avropa Liqası tarixində ən uğursuz nəticəsidir. 2014-cü ildə turnirdə debüt edən və elə debütdə yarışın qalibi olan milli 2 il sonra uğurunu təkrarlamağı da bacarmışdı.

Amma artıq həmin nəticələri göstərən yığma deyil, onun kölgəsi qalıb. Düzdür, 2014-cü ildə turnir fərqli keçirildiyindən ilk dövrə anlayışı olmayıb. Yığmamız hər rəqiblə ardıcıl 2 dəfə görüşüb. İlk üç oyunda uduzan komanda heç olmasa 1 xal əldə edib və sonda çempion da olub.

İki il əvvəl – 2019-cu ildə də ilk üç matçda məğlubiyyətlər sıralanıb. Lakin həmin vaxt heç olmasa təsəlli xalı qazanılıb. Bu dəfə isə antirekorda imza atan voleybolçularımız xal üzünə həsrət qalıb.

il

O

Q

H

S/F

X

2014

3

0

3

3-9

1

2016

3

3

0

9-1

9

2018

3

2

1

7-5

6

2019

3

0

3

3-9

1

2021

3

0

3

1-9

0