14:20 31-05-2021
news_image
587
FUTBOL

Yeni müqavilə - "Sabah"da

Bakının “Sabah” klubu daha bir futbolçusu ilə müqaviləni uzadıb.

Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Xulio Rodriqeslə yeni anlaşma imzalayıb.

Yeni müqavilənin müddəti 1 ildir. Paraqvaylı hücumçu ötən ilin fevral ayından “Sabah”ın uğurları üçün çalışır. Xulio son mövsümdə Premyer Liqada meydana çıxdığı 25 oyunda 3 qol vurub, 4 məhsuldar ötürməyə imza atıb.

Qeyd edək ki, paytaxt təmsilçisi bunadək baş məşqçi Ramin Quliyev, futbolçular Saşa Stamenkoviç və Zurab Oçiqava ilə müqaviləni uzadıb.