14:53 31-05-2021
news_image
332
FUTBOL

“Qəbələ”nin legioneri ilə anlaşdı – “Keşlə”

Yeni yaradılan Konfrans Liqasında mübarizə aparacaq “Keşlə” yay transfer dönəminin ilk keçidini reallaşdırıb.

Apasport.az saytının əldə etdiyi məlumata görə, heyətindəki bir neçə oyunçunu yenidən icarəyə götürən Azərbaycan kubokunun qalibi yarımmüdafiə xəttini gücləndirib.

Paytaxt təmsilçisi “Qəbələ”nin orta sahə oyunçusu Merab Qiqauri ilə anlaşıb. Bölgə təmsilçisi ilə müqavilə müddəti başa çatan gürcüstanlı futbolçu komandasını dəyişmək qərarına gəlib. 28 yaşlı oyunçu “Keşlə” ilə sözləşmənin bütün detallarını razılaşdırıb. Qiqauri yaxın müddətdə bakılılarla münasibətlərini rəsmiləşdirəcək.

Qeyd edək ki, 2019-cu ilin yayından “Qəbələ”nin formasını geyinən Merab Qiqauri geridə qalan mövsüm Premyer Liqada 22 oyun keçirib, 1 qola imza atıb.