15:14 31-05-2021
news_image
118
FUTBOL

Nesta “Latsio”da – ehtiyat variant

İtaliyanın “Latsio” klubunun baş məşqçi postuna namizədlərdən biri bəlli olub.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisini Alessandro Nesta çalışdıra bilər.

Ötən ilin martında “Frozinone”dən istefaya göndərilən mütəxəssis hazırda işsizdir. O, Roma klubunun rəhbərliyi üçün ikinci variant sayılır.

Belə ki, paytaxt təmsilçisi üçün prioritet Maurisio Sarridir. Onunla anlaşma əldə olunmasa, “Latsio” Nestaya tapşırılacaq.