15:45 31-05-2021
news_image
361
STOLÜSTÜ OYUNLAR

Məmmədyarovla Rəcəbov mövqeyini qorudu - FİDE reytinqi

FİDE şahmatçıların yeni reytinq cədvəlini açıqlayıb.
 
Apasport.az saytının məlumatına görə, iyun reytinqində ötən siyahı ilə müqayisədə cüzi dəyişikliklər olub.

100 ən yaxşı arasında Azərbaycanın 6 kişi şahmatçısı yer alıb. Millimizin liderlərindən Şəhriyar Məmmədyarov 2770 xalla 8-cidir. Ondan 5 xal geri qalan Teymur Rəcəbov 10-cu yerdə qalıb.

Nicat Abbasov 2665 xalla 73-cü, eyni xala malik Qədir Hüseynov 74-cüdür. Onlar hərəyə 1 pillə geriləyib.

Onlardan 11 xal az toplayan Rauf Məmmədov 1 pillə geriləyərək 90-cıdır. Yığmamızdan ayrılmasına baxmayaraq, hələ də Azərbaycan təmsilçisi kimi göstərilən Arkadi Naydiç 2649 xalla 97-cidir. Legioner 2 addım geriləyib.

Qadın şahmatçılar sırasında isə 3 həmyerlimiz yer alıb. Yığma üzvlərindən Günay Məmmədzadə 2443 xalla 29-cudur. Gülnar Məmmədova (2382) 82-ci sırada yer alıb. Ondan 6 xal geri olan Xanım Balacayeva 91-ci sırada qərarlaşıb. Günay 1, Xanım 2, Gülnar 4 addım geriləyib.

Qadın zəka sahiblərinin cədvəlində Yifan Hou (Çin, 2658) liderliyini qoruyub. Aleksandra Qoryaçkina (Rusiya, 2596) ikinci, Humpi Koneru (Hindistan, 2586) üçüncüdür.