16:00 31-05-2021
news_image
58
FUTBOL

Yeni klubunda tibbi müayinədən keçir - Aquero

“Mançester Siti”dən ayrılan Serxio Aquero Barselonaya yollanıb.

Apasport.az saytının “Marca” nəşrinə istinadən məlumatına görə, argentinalı ulduz futbolçu hazırda yeni komandası “Barselona”da tibbi müayinədən keçir.

Onun yerli klinikalardan birində dərindən müayinədən keçdiyi bildirilib. 32 yaşlı forvardın, xüsusən də, son vaxtlar problem yaşadığı dizindəki zədənin durumu yoxlanılır. Müayinədən sonra Aquero kataloniyalılarla 2 illik müqavilə imzalayacaq. Futbolçunun illik məvacibi 5 milyon avro təşkil edəcək.

Qeyd edək ki, 2011-ci ildən “Mançester Siti”nin formasını geyinən Serxio Aqueronun müqavilə müddəti başa çatdığından, futbolçu “Barselona”ya azad agent kimi keçib.