23:16 31-05-2021
news_image
111
FUTBOL

İlk qolunu finalda vuranlar – Çempionlar Liqasında

Çempionlar Liqasında (ÇL) iştirak etmək hər futbolçunun xəyalıdır.

Apasport.az saytının məlumatına görə, bu turnirin finalında meydana çıxmaq, hətta qol vurmaq klub karyerasının zirvəsidir.

Bu zirvəyə çatan futbolçulardan biri də “Çelsi”nin yarımmüdafiəçisi Kay Haverts olub. Almaniyalı futbolçu “Mançester Siti” ilə matçda vurduğu qolla komandasını ÇL-in qalibi edib. Maraqlıdır ki, bu, Havertsin karyerasında ilk Çempionlar Liqası qolu olub.

Bu yazıda da ÇL-də ilk qolunu final görüşündə vuraraq komandasına qələbə qazandıran futbolçuları xatırlayacağıq...

1. Markos Alonso İmaz (“Real”)
1955/56 mövsümü: “Renn” – 4:3

2. Aurelio Milani (“İnter”)
1963/64: “Real” – 3:1

3. Fernando Serena (“Real”)
1965/66: “Partizan” – 2:1

4. Arie Haan (“Ayaks”)
1970/71: “Panatinaikos” – 2:0

5. Conni Rep (“Ayaks”)
1972/73: “İnter” – 1:0

6. Hans-Corc Şvarzenbek (“Bavariya”)
1973/74: “Atletiko” – 1:1

7. Tommi Smit (“Liverpul”)
1976/77: “Borussiya” (Mönhenqladbax) – 3:1

8. Trevor Fransis (“Nottingem Forest”)
1978/79: “Malmö” – 1:0

9. Alan Kennedi (“Liverpul”)
1980/81: “Real” – 1:0

10. Predraq Miyatoviç (“Real”)
1997/98: “Yuventus” – 1:0

11. Stiv Makmanaman (“Real”)
1999/2000: “Valensiya” – 3:0

12. Yuliano Belletti (“Barselona”)
2005/06: “Arsenal” – 2:1

13. Kay Haverts (“Çelsi”)
2020/21: “Mançester Siti” – 1:0