21:35 31-05-2021
news_image
195
FUTBOL

“Klub prezidenti çağırsaydı, tərəddüd etmədən gedərdim” – millimizin baş məşqçisi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç Xarkov “Metallist”inə qayıtmaq arzusundadır.

Apasport.az saytının məlumatına görə, 44 yaşlı mütəxəssis Ukrayna mətbuatına müsahibəsində vaxtilə futbolçu kimi formasını geyindiyi komandanı çalışdırmaq niyyətindədir.

O, təklif alacağı təqdirdə, bunu dəyərləndirəcəyini gizlətməyib: “Klub prezidenti Aleksandr Yaroslavski çağırsaydı, tərəddüd etmədən gedərdim. Ancaq işinizlə buna layiq olmalısınız. Bu klubu sevə bilərəm, amma düzgün işləmirəm və irəliləmirəmsə, onda niyə orada mənə ehtiyac olsun? İnsan hər zaman peşəkar kimi qalmalı, sonra karyera imkanlarını düşünməlidir. “Metallist” kimin xeyir verəcəyini hiss etməlidir. Burada hər kəs özünü maksimum dərəcədə göstərə bilməz”.

Qeyd edək ki, Milan Obradoviç 2006-2013-cü illərdə “Metallist”in formasını geyinib.