16:26 31-05-2021
news_image
164
FUTBOL

PSJ ilə 5 illik müqaviləni razılaşdırdı – “Milan”ın futbolçusu

“Milan”ın müdafiəçisi Teo Ernandes klubunu dəyişməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, fransalı sol cinah müdafiəçisi PSJ-nin transfer gündəmindədir.

Paris təmsilçisi 23 yaşlı oyunçu üçün rəsmi danışıqlara başlayıb. Teo özü PSJ ilə 5 illik şəxsi müqaviləni artıq razılaşdırıb. İndi qalır “Milan”la ortaq məxrəcə gəlmək. “Rossonyerlər” onun gələcəyi ilə bağlı son qərarı hələ verməyib.

Qeyd edək ki, Teo Ernandes ötən mövsüm A seriyasında 33 oyunda 7 qol, 6 assistlə yadda qalıb.