16:36 31-05-2021
news_image

Yeni rütbə verildi - Rüstəm Orucova

Azərbaycan millisinin cüdoçusu Rüstəm Orucovun rütbəsi qaldırılıb.

Apasport.az saytı xəbər verir ki, bu barədə olimpiya mükafatçısı özü feysbuk səhifəsindəki paylaşımında məlumat yayıb.

O, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin müvafiq əmrinə əsasən növbəti “Baş leytenant” hərbi rütbəsinə layiq görüldüyünü yazıb.

Orucov Sərhədçi İdman Olimpiya Mərkəzinin rəisi polkovnik Elşən Mirzəyev və Mərkəz rəisinin müavini, idman bölməsinin rəisi polkovnik-leytenant Firdovsi Umudov tərəfindən təltif olunub.