17:56 31-05-2021
news_image
101
FUTBOL

Qiyməti bəlli oldu – norveçli yarımmüdafiəçinin

İspaniyanın “Real” klubunun futbolçusu Martin Edeqorun transfer qiyməti müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi yarımmüdafiəçi üçün 60 milyon avro istəyir.

Futbolçunun xidmətində “Arsenal” maraqlıdır. İngiltərə klubu icarəyə götürdüyü skandinaviyalını transfer etmək fikrinə düşüb.

Qeyd edək ki, Martin London klubunda 1 qol və 2 ötürmə ilə fərqlənib.