18:10 31-05-2021
news_image
175
FUTBOL

“Neftçi” qərarını açıqladı - Fəhmin Muradbəyli ilə bağlı

Azərbaycan çempionu “Neftçi” daha bir futbolçusu ilə bağlı qərarını verib.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bakılılar yetirməsi Fəhmin Muradbəyli ilə müqavilə müddətini uzadıb.

Anlaşmaya əsasən, yarımmüdafiəçisi 2023-cü il mayın 31-dək “ağ-qara” formanı geyinəcək. 25 yaşlı futbolçu 2013-2017, 2020-2021-ci illərdə “Neftçi”nin heyətində 85 rəsmi oyunda meydana çıxıb, 6 qola imza atıb.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl digər yetirməsi Ömər Buludovla yeni müqavilə bağlamışdı.