18:29 31-05-2021
news_image
77
FUTBOL

Braziliyaya verildi – Amerika Kuboku

Amerika Kuboku-2021-in keçiriləcəyi ölkə müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, turnir Braziliyada baş tutacaq.

Cənubi Amerikanın Futbol Konfederasiyası (CONMEBOL) Argentina və Kolumbiyadan aldığı yarışın məhz Braziliyada təşkil olunacağını açıqlayıb.

Qeyd edək ki, ötən il keçirilməli olan, lakin koronavirus pandemiyası səbəbindən bu ilə təxirə salınan Amerika Kubokunun 13 iyun - 10 iyulda təşkili nəzərdə tutulub.