18:41 31-05-2021
news_image
162
STOLÜSTÜ OYUNLAR

Ən güclü şahmatçı müəyyənləşdi – Azərbaycanda

Qadın şahmatçılar arasında Azərbaycan çempionatı başa çatıb. 

Apasport.az saytının məlumatına görə, Naxçıvanda keçirilən yarışın qalibi adını Gülnar Məmmədova qazanıb. 

O, 11 turdan 9 xal toplayıb. İkinci yeri liderdən 1,5 xal az yığan Gövhər Beydullayeva tutub. “Üçlüy”ü yeri isə Beydullayeva kimi 7,5 xala malik Zeynəb Məmmədyarova qapayıb. O, rəqibindən əlavə əmsallara görə geri qalıb. 

Qeyd edək ki, çempionatda 12 şahmatçı mübarizə aparıb.