19:05 31-05-2021
news_image
145
FUTBOL

Baş məşqçi ilə yeni müqavilə qərarı – AFFA-dan

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva ilə müqavilə müddəti uzadılıb.

Apasport.az xəbər verir ki, bu barədə qərar AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən videokonfrans formatındakı iclasında verilib

Braziliyalı mütəxəssisin daha 1 il postunda saxlanılması məqsədəuyğun bilinib.

Həmçinin koronavirus pandemiyası səbəbindən futzal üzrə ölkə çempionatının keçirilməməsi nəzərə alınaraq, növbəti mövsüm UEFA kubokunda çıxış edəcək klubun müəyyənləşdirilməsi Azərbaycan Futzal Federasiyasına tapşırılıb.