09:15 01-06-2021
news_image
110
FUTBOL

“Başqa hücumçumuz yoxdur axı” – Azərbaycanla oyunöncəsi şikayət

“Ötən dəfəki heyətlə müqayisədə hücum xəttində kardinal dəyişikliklər var. Nikolay Siqneviç, Denis Laptev, Vitali Lisakoviç yoxdur. Əvəzində Maksim Skavışla Andrey Solovey var”.

Apasport.az saytının məlumatına görə, bunu Belarus millisinin baş məşqçisi Georgi Kondratyev deyib.

Mütəxəssis Azərbaycan yığması ilə sabah keçiriləcək oyun ərəfəsində verdiyi müsahibədə hücumçu qıtlığından şikayətlənib: “Skavış keçən dəfə də heyətdə olmalı idi. Amma həmin vaxt zədədən sonra yeni-yeni bərpa olunurdu. O, bizim əsas oyunçudur. İndi Skaviş komandanın kapitanı olacaq. Laptevin əvəzinə Solovey dəvət edilib. Başqa hücumçumuz yoxdur da axı. Lisakoviçi nəzərdə saxlayırıq. Lakin onun məzuniyyət dövrüdür. O, asan olmayan mövsüm keçirib. Soliqorskda başladığı mövsümü Moskvada başa vurub. Vitali üçün “Lokomotiv”in hücum xəttində güclü rəqabət var. Qoy necə lazımdırsa istirahət edib güc toplasın və mövsümə tam hazır olsun. Eyni səbəbdən də Rusiyada oynayan digər futbolçular çağırılmayıb. Başqalarına iş başında baxarıq. Yoldaşlıq oyunları da elə bunun üçündür”.

Qeyd edək ki, Minskdə keçiriləcək Belarus - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.