10:39 01-06-2021
news_image
108
FUTBOL

Sindrom qırılacaqmı? – Minskdə

Azərbaycan millisi sabah növbəti oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, Belarusla qarşılaşacaq yığmamız tarixində 6-cı dəfə iyunun 2-də meydana çıxacaq.

Komandamız Minskdəki görüşədək bu tarixdə 5 matçda qüvvəsini sınayıb. İyunun ikinci günü millimiz üçün uğursuz hesab olunur.

Belə ki, bu gündə baş tutan oyunlarda yığmamız qələbəsizlik sindromuna düçar olub. Cəmi bir heç-heçəsi olan komandamız buna da Hondurasla qarşılaşmada imza atıb.

Avropalılarla iyunun 2-dəki görüşlərin yekunu isə dəyişməz qalıb: məğlubiyyət. 4 matçın hamısında uduzan yığma 2 dəfə böyük, 3 dəfə quru hesabla yenilib. İyunun 2-də cəmi 1 qola sevinən futbolçularımız 13 top buraxıb.

Millimiz iyunun 2-də
2 iyun 1996. Oslo. DÇ. Norveç – Azərbaycan 5:0
2 iyun 2001. İstanbul. DÇ. Türkiyə – Azərbaycan 3:0
2 iyun 2007. Bakı. AÇ. Azərbaycan – Polşa 1:3
2 iyun 2009. Kayseri. YO. Türkiyə - Azərbaycan 2:0
2 iyun 2010. Zell am See. YO. Honduras - Azərbaycan  0:0