11:15 01-06-2021
news_image
104
FUTBOL

İkinci transferi açıqladı – “Barselona”

“Barselona” daha bir transferi reallaşdırıb.

Apasport.az saytının məlumatına görə, klub müdafiəçi Erik Qarsiyanın keçidini açıqlayıb.

“Mançester Siti”dən ayrılaraq azad agent kimi Kataloniya təmsilçisinə qoşulan İspaniya millisinin üzvü yeni komandası ilə 5 illik müqavilə imzalayıb. Bununla da 20 yaşlı mərkəz müdafiəçisi 2017-ci ildə ayrıldığı kluba qayıdıb. Onun sərbəst qalma məbləği sözləşmədə 400 milyon avro kimi göstərilib.

Qeyd edək ki, “Barselona” dünən “Mançester Siti”nin hücumçusu Serxio Aqueronu heyətinə qatdığını açıqlayıb.