11:44 01-06-2021
news_image
80
FUTBOL

“Çelsi”də yeni müqavilə - Tuxellə

“Çelsi”nin baş məşqçisi Tomas Tuxellə müqavilə müddəti uzadılıb.

Apasport.az saytının məlumatına görə, komandanın Çempionlar Liqasının qalibi olması buna yol açıb.

Bu səbəbdən almaniyalı mütəxəssisin sözləşmə müddəti avtomatik olaraq 2024-cü ilin yayına qədər uzadılıb. Baş məşqçi artıq Londonda ev axtarışına başlayıb. Çünki ailəsini Parisdən Londona aparmaq qərarına gəlib.

Qeyd edək ki, “Çelsi” Çempionlar Liqasının finalında “Mançester Siti” üzərində 1:0 hesablı qələbə qazanıb.