12:11 01-06-2021
news_image
150
FUTBOL

Daha bir il "Zirə"də - Davit Volkov

“Zirə”də daha bir futbolçunun taleyinə aydınlıq gəlib.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, hücumçu Davit Volkovla bağlı qərar verilib.

Gürcüstanlı forvard bakılılarla yeni müqavilə imzalayıb. 26 yaşlı oyunçu ilə anlaşmanın müddəti 1 il müddətinə yenilənib. Volkov ötən ilin yanvarından komandada çıxış edir. O, yay fasiləsində “Zirə” ilə yeni sözləşmə imzalayan ilk oyunçudur.

Qeyd edək ki, paytaxt klubu indiyə qədər Elvin Camalov, Kərim Diniyev, Lazar Corceviç, Ruslan Qurbanov, Tural Bayramlı, Klesio Bauk, Rodriqo Bonqonqui və Mateus Albino ilə yollarını ayırıb.