13:23 01-06-2021
news_image
76
FUTBOL

Ronaldoya 2 illik təklif – PSJ-dən

Portuqaliya millisinin və İtaliya “Yuventus”unun ulduzu Kriştiano Ronaldo karyerasını Fransada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, hücumçunun xidmətində PSJ maraqlıdır.

Paris təmsilçisi forvardı bu yay heyətinə qatmaq istəyir. Paytaxt klubu Ronaldoya 2 illik müqavilə təklif edəcək.

Bu keçiddə PSJ-nin məqsədi təkcə komandanı gücləndirmək deyil. Belə ki, klubun qətərli sahibləri Kriştianonu DÇ-2022-nin səfiri etmək niyyətindədir. O, bunadək səfirliyi dəqiqləşən Neymara qoşulacaq.

Qeyd edək ki, Ronaldonun “Yuventus”da gedəcəyi gözlənilsə də, onun sevgilisi Corcina Turində qalacaqlarını açıqlayıb.