13:33 01-06-2021
news_image
150
FUTBOL

Ulduz qapıçıya zəng etdi - Mourinyo

İtaliyanın “Roma” klubunun baş məşqçisi Joze Mourinyo komandaya futbolçu dəvət etmək üçün onlarla şəxsən danışmaqdan çəkinmir.

Apasport.az saytının məlumatına görə, bir neçə gün əvvəl həmyerlisi Kriştiano Ronaldoya zəng vuran portuqaliyalı mütəxəssis bu dəfə Canluici Donnarumma ilə əlaqə saxlayıb.

Mourinyo “Milan”dan ayrılan qapıçıya paytaxt klubuna keçməyi təklif edib. Çalışdırıcı adı bir sıra nəhəng klublarla hallanan ulduz qolkiperi bu keçidə razı salmağa çalışıb.

Qeyd edək ki, Donnarummanın daha iddialı kluba keçəcəyi gözlənilir. Ona “Real”, “Yuventus” və PSJ iddia edir.