14:15 01-06-2021
news_image
121
FUTBOL

Prezident oldu – Oliver Kan

“Bavariya”da prezident istefası reallaşıb.

Apasport.az saytının məlumatına görə, Karl-Hayns Rummenigge postundan ayrılıb.

Münhen klubunun yeni rəhbəri də artıq məlumdur. İyulun 1-də “Bavariya”da sabiq qapıçı Oliver Kan prezident təyin olunacaq. 

Qeyd edək ki, Karl-Hayns Rummeniggen ilin sonuna qədər postunda qalmalı olsa da, o, Oliver Kanın fəaliyyətə daha tez başlaması üçün vaxtından əvvəl ayrılmaq qərarına gəlib.