14:17 01-06-2021
news_image
151
AVRO-2020

AVRO-2020-ni buraxacaq – “Mançester Yunayted”in hücumçusu

Daha bir futbolçunun AVRO-2020-ni buraxacağı dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted”in hücumçusu Meyson Qrinvud İngiltərə yığmasının heyətində qitə çempionatında iştirak edə bilməyəcək.

Buna 19 yaşlı forvardın zədələnməsi səbəb olub. Uzun müddətdir zədələrdən narahatçılıq keçirən Qrinvud millinin ilkin heyətində yer alsa da, AVRO-2020-ni buraxacaq.

Qeyd edək ki, Qrinvud 2020/21 mövsümündə Premyer Liqada keçirdiyi 31 oyunda 7 qol vurub.