22:06 01-06-2021
news_image
188
FUTBOL

Mövsümün ən yaxşısı olmağa 8 namizəd – Premyer Liqada

İngiltərə Premyer Liqasında 2020/21 mövsümünün ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, turnirin təşkilatçıları bu ada 8 iddiaçı göstərib.

Bunlar “Mançester Siti”nin müdafiəçisi Ruben Diaş, yarımmüdafiəçisi Kevin De Bruyne, “Tottenhem”in hücumçusu Harri Keyn, “Mançester Yunayted”in pleymeykeri Bruno Fernandeş, “Liverpul”un lideri Məhəmməd Salah, “Aston Villa”nın ön xətt oyunçusu Cek Qriliş, “Vest Hem”in yarımmüdafiəçisi Tomas Suşek və “Çelsi”nin aparıcı oyunçularından Meson Mountdur.

Qeyd edək ki, 2019/20 mövsümünün ən yaxşısı Kevin De Bruyne seçilib.