09:32 02-06-2021
news_image
150
DİGƏR NÖVLƏR

Mətbuat konfransı təzyiqinə dözmədi, yarışdan imtina etdi – tennisdə ilk

Dünya tennisinin ulduzlarından olan Naomi Osaka “Böyük dəbilqə” seriyasından olan Fransa açıq çempionatında oynamayacaq.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı yaponiyalı idmançının özü verib.

Osaka “Rolan Qarros”da oynamaqdan imtina edib. İdmançı bunu özünü yaxşı hiss etməməsi ilə əlaqələndirib.

Naominin Parisdə narahatçılıq yaşamasına yaşanan böyük qalmaqal səbəb olub. Asiyalı idmançılara daim eyni suallar verildiyindən mətbuat konfranslarına qatılmayacağını açıqlayıb.

Turnir ərəfəsində atılan boykot addımı geniş əks-səda doğurub. “Rolan Qarros”un təşkilatçıları Naomini 15 min dollar cərimələyib. Bütün baş verənlər 23 yaşlı idmançının psixoloji durumuna mənfi təsir etdiyindən Osaka müdafiəsiz və narahat olduğunu əsas gətirərək yarışa qatılmamağa üstünlük verib.