15:59 01-06-2021
news_image
105
FUTBOL

Daha bir futbolçusunu saxladı – “Sabah”

“Sabah” daha bir futbolçu ilə müqavilə bağlayıb.

Apasport.az saytının məlumatına görə, Bakı klubu Bəxtiyar Həsənalızadə ilə yeni anlaşma imzalayıb.

Yeni müqavilənin müddəti 1 ildir. 28 yaşlı müdafiəçi ötən ilin dekabrından “Sabah”ın üzvüdür. O, son mövsümdə 8 oyunda şans qazanıb.

Qeyd edək ki, “Sabah” Bəxtiyara qədər baş məşqçi Ramin Quliyev, futbolçular Saşa Stamenkoviç, Zurab Oçiqava və Xulio Sezar Rodrigeslə müqaviləni uzadıb. Bakılılar həmçinin Elvin Camalovu transfer edib.