16:53 01-06-2021
news_image
124
FUTBOL

7-ci ayrılıq ayrılıq – “Sabah”da

“Sabah”da daha bir futbolçu ayrılığı baş verib.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bakılılar yarımmüdafiəçi Elşən Abdullayevlə vidalaşıb.

Məşqçilər korpusu müqavilə müddəti başa çatan 27 yaşlı oyunçuya yeni sözləşmə təklif etməmək qərarına gəlib. O, 2018-ci ildən bu komandada çıxış edib.

Qeyd edək ki, bu, “Sabah”ın yay fasiləsində 7-ci ayrılığı olub. Rəhbərlik Təmkin Xəlilzadə, Məhəmməd Mirzəbəyov, Amadu Diallo, Alvaro Vilyete, Kevin Kubemba və Dmitro Klotsla da sağollaşıb.