15:22 13-06-2021
news_image
141
FUTBOL

Ən çox kobudluğa məruz qalanlar – “böyük beşlik”də

Geridə qalan 2020/21 mövsümündə Avropanın “Top-5” liqalarında ən çox kobudluğa məruz qalan futbolçuların siyahısı araşdırılıb.

Apasport.az saytının məlumatına görə, araşdırma yekununda hər çempionatda komandasına orta hesabla ən çox cərimə zərbəsi qazandıran oyunçu müəyyənləşib.

Mövsüm ərzində minimum 1000 dəqiqə meydanda olan futbolçuların göstəriciləri nəzərə alınıb.

Ümumilikdə ötən mövsüm “böyük beşlik” ölkələrində ən çox kobudluğa məruz qalan futbolçu PSJ-nin hücumçusu Neymar olub.

1. Neymar (PSJ)
Fransa Liqa1-i: 20 dəqiqə 10 saniyədən bir

2. Cek Qriliş (“Aston Villa”)
İngiltərə Premyer Liqası: 21 dəqiqə 15 saniyədən bir

3. Yosip İliçiç (“Atalanta”)
İtaliya A seriyası: 21 dəqiqə 46 saniyədən bir

4. Sandro Ramires (“Ueska”)
İspaniya La Liqası: 23 dəqiqə 41 saniyədən bir

5. Amine Harit (“Şalke”)
Almaniya Bundesliqası: 28 dəqiqə 10 saniyədən bir