17:22 01-06-2021
news_image
159
FUTBOL

“Qarabağ”ın futbolçusu ilə bağlı qərarını açıqladı – “Zirə”

“Zirə” yarımmüdafiəçisi Hacıağa Hacılı ilə bağlı qərarını açıqlayıb.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt klubu gənc yarımmüdafiəçinin komandada qalacağını təsdiqləyib.

Ötən yay “Qarabağ”dan icarəyə götürülən 22 yaşlı orta sahə oyunçusu növbəti mövsümü də eyni şərtlərlə “Zirə”də keçirəcək. O, Ağdam klubundan daha bir illiyə icarəyə götürülüb.

Qeyd edək ki, yay fasiləsində hələlik hücumçu Davit Volkovla yeni müqavilə bağlayan “Zirə” Elvin Camalov, Kərim Diniyev, Lazar Corceviç, Ruslan Qurbanov, Tural Bayramlı, Klesio Bauk, Rodriqo Bonqonqui və Mateus Albino ilə yollarını ayırıb.