17:46 01-06-2021
news_image
147
FUTBOL

Dünyada 4-cü – Avropanın təsəllisi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2021-ci ildə beynəlxalq oyunlarda ən çox qol vuran futbolçuların siyahısını müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, cədvəldə yığma və qitə kuboklarında ümumilikdə ən azı 5 qol vuranlar yer alıb.

Mərakeşli Sufian Rahimi arxada qalan 5 ayın rekordçusudur. O, yığmada 5, “Raca” ilə keçirdiyi qitə kuboklarında 4 dəfə qol sevinci yaşayıb.

Eyni sayda – 9 qol vuran Maykl Olunqa ikinci sıradadır. Keniyalı bu topların hamısını Qətərin “Əl-Duhail”in heyətində vurub.

İlk “üçlüy”ü yaponiyalı Yuya Osako qapayır. “Verder”in üzvü yığmada 8 qola sevinib.

Avropanın ən yaxşısı Jerar Morenodur. “Vilyarreal”ın ispaniyalı oyunçusu millidə 1, Avropa Liqasında 7 dəfə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, siyahıda ümumilikdə 23 oyunçu yer alıb.